
DÇ-2026: Klopp su fasilələrini dəstəklədi
“Borussiya”nın (Dortmund) və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp dünya çempionatı oyunlarında isti hava şəraitində tətbiq olunan su fasilələrini dəstəkləyib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu fasilələrin zəruri olduğunu və oyunun ritmini pozmadığını bildirib:
“Mənim kimi artıq gənc olmayan bir insan üçün bu fasilələr tualetə getmək baxımından əla imkandır. Mənim yaşımda 45 dəqiqə əbədiyyət kimidir”.
Daha əvvəl bir çox futbolçu, məşqçi və turnir iştirakçısı hissələrin ortasında verilən su fasilələrini tənqid edib. FİFA prezidenti Canni İnfantino isə bu fasilələrin reklam məqsədilə tətbiq olunduğu iddialarını rədd edərək, qurumun bundan əlavə gəlir əldə etmədiyini bildirib.
Bizi Facebook-da izləyin



