Klopp almanların təklifini qəbul etməyəcək

Hans-Diter Fliki istefaya göndərən Almaniya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi axtarır.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, millini çalışdırmağa namizədlərdən biri “Liverpul”un baş məşqçisi Yurgen Kloppdur.

Lakin alman mütəxəssis təklif gələcəyi təqdirdə, bunu qəbul etməyəcək. 56 yaşlı məşqçi Mersisayd təmsilçisindəki işinə davam etmək istəyir.

Klopp 2015-ci ilin oktyabr ayından “Liverpul”un baş məşqçisidir. Onun İngiltərə kliubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button