Kloppun Salahı əvəz edərkən düşünmədiyi məsələ

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının birinci turunun “Çelsi” ilə matçını (1:1) şərh edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, 77-ci dəqiqədə əvəzlədiyi Məhəmməd Salahın bu qərara emosional münasibəti haqda da fikir bildirib:

“Onun nə üçün belə reaksiya verdiyini başa düşürəm. Salah “Çelsi” ilə oyunda qol vursaydı, yeni rekorda imza atacaqdı. Açığı, əvəzetmə zamanı bunu düşünmədim. Komandam həmişə yeni nəfəsə ehtiyac duyur. Həmin məsələ ilə bağlı deyəcəklərim yalnız bunlardır”.

“Qırmızılar” Premyer Liqanın 2-ci turunda “Bornmut”la, “Çelsi” isə “Vest Hem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button