Klopp: “Düzgün şəkildə oynamalıyıq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 23-cü turunun “Everton”la oyunundan öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mersisayd təmsilçilərinin qarşılaşmasını derbi adlandırıb:

“Bu, derbidir. Ona görə də, biz hər cür mübarizəyə hazır olmalıyıq. Düzgün şəkildə oynamalıyıq. Əvvəllər bildirmişdim ki, bəzən bu matçlar çox gərgin olur. Bilirəm ki, bu, azarkeşlərin eşitmək istədiyi fikirdir. Gərginlik bizim gördüyümüz işin bir hissəsidir.

“Liverpul”a ilk gələndə futbolçulara söylədim ki, hər kəsin müəyyən öhdəlikləri var. İnanıram ki, bu hələ də qüvvədədir. Nəsə problem olarsa, bunu birlikdə həll etməliyik.

Hazırkı durum azarkeşlərin arzulamadığı bir vəziyyətdir. Məncə, onların da bizim qələbə qazanmağımızda rolu var. Bu, bir oyunda yox, bütün matçlarda keçərlidir. Yaxşı anlardan çox çətin anlarda birliyin zəruriliyini vurğulayıram”.

İngiltərə çempionatının 23-cü turunun “Liverpul” – “Everton” matçı bu gecə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button