KL: 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Malta təmsilçisi “Qzira” doğma meydanda Andorranın “Atletik Eskaldes” kollektivi ilə üz-üzə gəlib. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyunda qalibi müəyyənləşdirə bilməyiblər.

Günün digər matçında isə Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiyanın “Larne” komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

5 iyul

Qzira Yunayted (Malta) – Atletik Eskaldes (Andorra) 1:1

Sent Cozefs (Cəbəllütariq) – Larne (Şimali İrlandiya) 0:0