
Matteus: “Bayern”də əbədi qalacam” deməyə ehtiyac yoxdur”
Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus Münhen klubunun yarımmüdafiəçisi Lennart Karlın “Real”da oynamaq arzusu ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, belə açıqlamaların 17 yaşlı oyunçu üçün normal və əslində müsbət hal olduğunu bildirib:
“Bu, böyük sözlər və hədəflərdir. Karlın fikirləri çox səs-küy yaratdı. Məncə, bu, 17 yaşlı oyunçu üçün yaxşıdır. “Bayern”də əbədi qalacam” deməyə ehtiyac yoxdur. Kimsənin böyük arzusuna mane olmamalıyıq. O, iddialı olduğunu göstərdi və öz gücünə inanır. Ona lazım olan odur ki, Münhendə yaxşı çıxış etsin və “Real”ın diqqətini çəksin”.
Karlın “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



