Klopp: “Kimsə “Mançester Siti”ni çempionluğa namizəd olaraq görürsə…”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə Premyer Liqasının qalibi olmaq uğrunda apardığı mübarizədən danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis sona qədər əllərindən gələni edəcəklərini söyləyib:

“Hazırda kimsə “Mançester Siti”ni çempionluğa namizəd görürsə, yəqin ki, zarafat edir. Bunu etməyin mənası yoxdur. Üstəlik, “Arsenal” da mübarizə aparır, onların da oxşar təcrübəsi var. “Aston Villa” inanılmazdır, “Mançester Yunayted” də titula yaxındır. Ola bilər ki, bəzilərinin onlardan gözlədiyi futbol oynamırlar, amma yenə də xal qazanırlar. Nə qədər ki, buradayıq, mübarizə aparacağıq. Ancaq hər şey çox çətin və streslidir. Qarşıda hələ çox oyun var, gəlin bunun öhdəsindən gələk, sonra apreldə danışaq”.

Premyer Liqanın 15 turundan sonra “Liverpul” lider “Arsenal”dan 2 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button