Keyn qərarını verib

“Bayern”in hücumçusu Harri Keyn yaxın gələcəklə bağlı qərarını verib. O, Münhen klubundan ayrılmağı düşünmür. Onun üçün Premyer Liqanın qol rekordu deyil, Almaniya təmsilçisi ilə titullar qazanmaq daha prioritetdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun müqaviləsində yer alan və yanvarın sonunadək onun transferinə imkan verən xüsusi “buy-out” maddəsi (müəyyən məbləği ödəməklə birbaşa satınalma) aktivləşdirilməyəcək.

Keynin “Barselona”ya keçidi ilə bağlı yayılan söz-söhbətlər isə ciddi şəkildə müzakirə olunmayıb.

“Bayern” fevralda 32 yaşlı hücumçu ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır. Keyn anlaşmaya müsbət yanaşsa da, yekun qərarı yayda vermək ehtimalı var. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button