
ÇL: Keyndən PSJ ilə oyundan əvvəl xəbərdarlıq
“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingiltərəli forvard rəqibin güclü tərəflərinə diqqət çəkib:
“Əks-pressinqimizi inkişaf etdirməsək, əks-hücumların qarşısını ala bilməsək və top itkilərinə yol versək, bu, PSJ üçün işi asanlaşdıracaq. Belə vəziyyətlərdə onlar daha təhlükəli olurlar”.
Komandalar arasında ilk oyun aprelin 28-də Parisdə keçiriləcək. Bu cütün qalibi finalda “Arsenal” – “Atletiko” cütünün güclüsü ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



