Kompani Keynə ilk telefon danışığında nə deyib?

“Bayern”in hücumçusu Harri Keyn baş məşqçi Vensan Kompaninin işə yanaşması barədə danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Baş məşqçi ilk dəfə “Bayern”ə gələndə onunla ilk telefon danışığımı xatırlayıram. O, dərhal mənə dedi: “Bütün rəqiblərimizə qarşı amansız olacağıq”. O, bu düşüncə tərzini aşılayıb. İlk gündən dedi: “Bir qol öndəyiksə, ikinci qolu vurmağa çalışırıq, üç qol öndəyiksə, dördüncü qolu vurmağa çalışırıq”. Bu, bizim düşüncə tərzimizdir. Bu, hətta məşqlərdə də nəzərə çarpır, çoxlu rəqabət var və bu, bizə matçlarda kömək edir”.

Kompani 2024-cü ilin yayında “Bayern”in baş məşqçisi vəzifəsinə təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button