
“Keyn indi 60 il əvvəlki Bobbi Çarlton kimidir”
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager, İngiltərə millisinin hücumçusu Harri Keyn haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, forvardın milli komanda üçün çox vacib futbolçu olduğunu vurğulayıb:
“Keyn indi milli komanda üçün 60 il əvvəlki Bobbi Çarlton kimidir. O, bizə böyük turnirdə qalib gələ biləcəyimizə ümid verir. Amma Harrinin bu arzunu gerçəkləşdirməyə kömək edəcək Benks və Mur kimi komanda yoldaşlarının olmaması təəssüf doğurur”.
İngiltərə millisi dünya çempionatının 1/8 finalında Konqo Demokratik Respublikası yığmasını 2:1 hesabı ilə məğlub edib. Keyn bu oyunda dubla imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



