
“Mən burada həqiqətən xoşbəxtəm”
“Bayern”in hücumçusu Harri Keyn yenicə kubok qazandığı komandası haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Münhen klubunda özünü xoşbəxt hiss etdiyini bildirib:
“Mən burada həqiqətən xoşbəxtəm. Hamımız eyni məqsədə doğru çalışırıq. Və bu mövsüm üçün hələ də çox vacib hədəflərimiz var”.
Bu yaxınlarda “Bayern” mövsümün bitməsinə 4 tur qalmış Bundesliqa titulunu qazanıb.
İngilis futbolçu 2023-cü ilin yayında, “Tottenhem”dən 45 milyon avroya Münhen klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



