
Keyn 20 milyon avroluq “mini-şəhər” tikdirir
İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn hazırda Almaniyada yaşamasına baxmayaraq, gələcəyini doğma ölkəsində qurmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərədə yeni və olduqca dəbdəbəli ev layihəsinə start verib.
Bu layihənin ümumi dəyəri təxminən 20 milyon avro təşkil edir. Söhbət adi villadan getmir: Keyn əsl “mini-şəhər” inşa etdirməyi planlaşdırır. Layihəyə şəxsi kinoteatr, qapalı üzgüçülük hovuzu və hətta helikopter üçün eniş meydançası daxildir.
Bu kompleks futbolçunun və ailəsinin xarici aləmdən minimum asılılıqla yaşaması, məşq etməsi və vacib oyunlara hazırlaşması üçün nəzərdə tutulub.
Keyn 2023-cü ildən etibarən “Bayern”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



