“Keşlə”nin qapıçısı milliyə dəvət aldı

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, təcrübəli qolkioper Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçiriləcək oyunlar üçün yığmaya çağırırılıb.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.

Cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan millisi ilə eyni qrupda yer alacaq. Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button