“Keşlə”nin futbolçusu 100-ə çatdı

“Keşlə”nin futbolçusu Amil Yunanov Premyer Liqada 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib. Komandasının 0:2 hesabı ilə uduzduğu matç, hücumçu üçün yubileylə əlamətdar olub.

Ölkə çempionatında 2010/11 mövsümündə debüt edən Amil Premyer Liqada üç klubun şərəfini qoruyub. O, “Qəbələ”də 7, “Sumqayıt”da 75, “Keşlə”də 18 matça çıxıb. Yunanov 100 oyunda 34 qol vurub. Bunlardan biri “Qəbələ”, beşi “Keşlə”, digər 28-i “Sumqayıt”ın heyətində qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button