“Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir”

İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Conni Caylz yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, veteran futbolçu komandanın Bakıda məğlub olacağı halda baş məşqçi Stiven Kenninin qovulmasını istisna etməyib:

“Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir. O, hazırda kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək”.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button