“Qvardiola bir gün İtaliyada işləyəcək”

İtaliya millisinin keçmiş futbolçusu Luka Toni “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqqında açıqlama verib.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, ispan mütəxəssislə 2001-2002-ci illərdə komanda yoldaşı olmuş Toni, onun A Seriyasında çalışa biləcəyini deyib:

“Qvardiola bir gün İtaliyada işləyəcək. O, mənə A Seriyasına baş məşqçi olaraq geri qayıtmaq istədiyini demişdi. O, “Roma”ya rəhbərlik edə bilər, çünki bu komandada forma geyinib.

“Yuventus” da onun üçün yaxşı bir seçimdir, amma Qvardiolanın bu mövsümün sonunda ora getməsi çətin görünür. Massimiliano Alleqri komandadan ayrılsa, “Yuventus” böyük bir mütəxəssislə razılığa gələcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button