“Keçən il çox vaxt emosional olurdum, çünki nəticələr məni sıxırdı”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubda işlədiyi müddətdə baş verən dəyişikliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın çalışdırıcısı məşqçi kimi dəyişdiyini bildirib:

“Mən bir məşqçi kimi dəyişdiyimi düşünürəm. Hər şeyi bir az fərqli görürəm. Necə oynamaq, müxtəlif vəziyyətlərdə oyunu necə qurmaq barədə müəyyən bir fikrim var idi və mən bunu dəyişdim. İş tərzinizi dəyişdirməlisiz, buna diqqət etməlisiz.

Əlbəttə ki, müəyyən bir üslubda oynamaq istəyirsən, amma uyğunlaşmalısan, harada daha çox topa sahib olmağın lazım olduğunu, rəqibi sıxışdırmaq üçün künc zərbələrini necə qazandığınızı anlamalısan.

Keçən il hiss etdim ki, oyunlar sözün əsl mənasında məni sıxır. Amma dayanıb başa düşməyə vaxtım yox idi. Mənim işim təkcə meydanda deyil, həm də meydandan kənarda olan hər şeydir – hamını irəli itələməliyəm. Keçən il mən çox vaxt emosional olurdum, çünki nəticələr məni sıxırdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button