ÇL: “Keçən il də oxşar şəkildə məğlub olduq”

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo komandasının UEFA Çempionlar Liqasından kənarlaşdırılması ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni ruhda davam edəcəklərini söyləyib:

“Biz inkişaf etməyə davam etməliyik. Keçən il də oxşar şəkildə məğlub olduq. Hər necə olsa, eyni ruhda davam edəcəyik. Bu, qalibiyyət layihəsidir. Yaxşı komandamız var və əvvəllər də titullar qazanmışıq”.

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya ümumi 2:3 hesabıyla məğlub olub. Komanda 31 oyundan 79 xal toplayaraq La Liqanın turnir cədvəlində liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button