Sabiq futbolçudan Kavaniyə məsləhət: “Karyeranı bitir”

Sabiq futbolçu Oskar Ruggeri “Boka Xuniors”un hücumçusu Edinson Kavaniyə karyerasını bitirməyi məsləhət görüb. Uruqvaylı oyunçu Argentina klubunun azarkeşləri tərəfindən tez-tez fitə basılır və çox vaxt meydanda belə, görünmür, az oynayır, daim əvəz olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruggeri, Kavaniyə bu münasibəti təhqiramiz hesab etdiyini bildirib:

“Belə bir karyeraya malik oyunçu üçün bu, təhqirdir. Bunu etmək olmaz, karyerasını bitirməsi daha yaxşıdır”.

39 yaşlı Kavani daha əvvəl “Napoli”, PSJ və “Mançester Yunayted” kimi klublarda oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button