Tuxel heç kimə söz verməyib

Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel transferlərlə və komandadan ayrılması gözlənilən futbolçularla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, Paris klubundan ayrılacağı deyilən Edinson Kavani ilə bağlı da danışıb:

“Klubumuzun idman direktoru Leonardo ilə birlikdə transferlərlə bağlı cavab verməyimiz lazım olan suallar var, amma hər ikimiz cavabı bilirik. Qış fasiləsində heyətdə dəyişikliklər etməyi sevmirəm. Futbolçular komanda ruhu yaradırlar. Hansısa futbolçunun gəlişi və ya gedişi yeni suallara səbəb olur. Məcbur deyiliksə, qışda transfer etməməyi üstün tutaram.

Hazırkı heyətimizdən məmnunam. Heyətimizdəki hər bir futbolçu çox istedadlıdır və aralarında rəqabətin olması yaxşı haldır. Kilian Mbappe ilə Mauro İkardi bir-birlərini çox yaxşı başa düşürlər. Kavani isə şans qazanmaq üçün çalışır. O, möhtəşəm futbolçudur, amma rəqabət məsələsi var. Heç bir futbolçuya şans qazanacağı ilə bağlı söz verməmişəm”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button