
Kassano tənqid etdiyi futbolçudan üzr istədi
İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “İnter”in müdafiəçisi Federiko Dimarko barədə əvvəlki tənqidlərinə görə üzr istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dimarko haqqında danışan Kassano, fikrini dəyişdiyini etiraf edib:
“Mən onu həmişə tənqid edirdim, bu Dimarkonu demək olar ki, məhv edirdim. Dortmundda vurduğu qoldan (UEFA Çempionlar Liqasının ümumi mərhələsində Dortmund “Borussiya”sı ilə oyunda – 2:0) və həmin möhtəşəm matçdan sonra onda sabitlik görməyə başladım. O, “İnter”də sol cinah müdafiəçisi kimi oynayan əsl “10 nömrə”dir.
O, məni heyran etdi, əllərimi qaldırıram. İndi onun dördlü müdafiə xəttində necə oynayacağını görmək istəyirəm. Etiraf edirəm ki, məni çox təsirləndirdi, inanılmaz və dəli bir qol vurdu. Dimarko barədə fikrimi dəyişdiyim üçün şadam və əvvəlki sözlərimə görə üzr istəyirəm”.
Bizi Facebook-da izləyin



