
Futbolçusu Həşimovun əvəzetmə qərarını qulaqardına vurdu, meydandan çıxmadı
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında “Kəpəz”i qəbul edir.
Komanda.az-ın Yevlaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov oyunun 27-ci dəqiqəsində çıxışından narazı qaldığı Vüsal Məsimovu Uğur Cahangirovla əvəzləmək istəyib.
Buna baxmayaraq, Məsimov meydanı tərk etməyib. Komanda yoldaşlarının da tələbinə baxmayaraq, o, hazırda meydanda oyununu davam etdirir.
Tərəflər qarşılaşmanın ilk hissəsində hərəyə bir dəfə fərqləniblər.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



