
“Karvan-Yevlax” “Sabah”ın yarımmüdafiəçisini icarəyə götürdü
“Karvan-Yevlax” müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



