“Karrik “Mançester Yunayted”də qalmalıdır” – Sabiq futbolçu

Dimitar Berbatov keçmiş klubu “Mançester Yunayted” və komandanın baş məşqçisi Maykl Karrik barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, bolqarıstanlı sabiq hücumçu “Sky Sports”-a açıqlamasında Karrikin klubda qalmasının vacibliyini vurğulayıb:

“Bəli və hətta daha çox. Komanda UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Açıq və hücum futbolu oynayır, qollar vurur. Əlbəttə, hələ görüləsi işlər var, amma komandanın əvvəlki vəziyyətinə baxanda ciddi inkişaf görünür. 99 faiz insan deyər ki, Karik qalmalıdır. Mənim üçün bu, müzakirə mövzusu deyil, o qalmalıdır”.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 35 turdan sonra 64 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button