“Karrik “Mançester Yunayted”in baş məşqçi postuna tam layiqdir”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandanın baş məşqçisi Maykl Karrik haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Karrikin artıq özünü baş məşqçi kimi sübut etdiyini və klub tərəfindən tam etimada layiq olduğunu bildirib:

“Düşünürəm ki, Karrik “Mançester Yunayted”in baş məşqçi postuna tam layiqdir. O, artıq komandanın baş məşqçisi olmaq üçün çox yaxşı keyfiyyətlərə malik olduğunu sübut etmiş biridir. Karrik klubun etimadına tam layiqdir”.

44 yaşlı Karrik yanvarda “Mançester Yunayted”in baş məşqçisi təyin olunub və onunla mövsümün sonuna qədər olan müqavilə imzalanıb. İngiltərəli mütəxəssisin rəhbərlik etdiyi komanda Premyer Liqada 35 turdan sonra topladığı 64 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button