
“Karrik “Mançester Yunayted”də saxlanılmalıdır”
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi, “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Maykl Karrik barədə danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, sabiq hücumçu bunu söyləyib:
“Mançester Yunayted” Ruben Amorim, Erik ten Haq və Joze Mourinyonu gətirərək çox şeydən keçib. Düşünürəm ki, Karrik “Mançester Yunayted”də saxlanılmalıdır. Bu, məntiqlidir. Çünki biz keçmiş komanda yoldaşlarıyıq. Karrik həqiqətən, komandanın oyununu yaxşılaşdırıb və futbolçuları sakitləşdirib. O, komandanı yaxşı idarə edir”.
“Qırmızı şeytanlar” Premyer Liqanın 26 oyunundan sonra 45 xalla 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



