Runi: “Mançester Yunayted” Karrikə şans verməlidir”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, komandanın baş məşqçisi Maykl Karrikin gələcək perspektivləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 44 yaşlı mütəxəssisin daimi baş məşqçi vəzifəsi üçün əsas namizədlər arasında olduğunu deyib:

“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanarsa, klub Karrikin karyerasını davam etdirməsi üçün şans verməlidir. Karrik daimi baş məşqçi vəzifəsinə iddialı ola bilər. Düşünürəm ki, o, mütləq namizədlər siyahısındadır”.

Karrikin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir. “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 51 xalla 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button