Karrik: “Bu heç-heçə dünyanın sonu deyil”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandasının Premyer Liqanın bu mövsümündəki çıxışını şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, yaxşı vəziyyətdə olduqlarını söyləyib:

“Biz yaxşı vəziyyətdəyik. Komandamız yaxşı iş, keyfiyyətli oyunlar və inandırıcı nəticələr sayəsində bu mövqedədir. Son oyunda da daha yaxşı nəticə göstərə bilərdik, amma bu heç-heçə dünyanın sonu deyil”.

“Mançester Yunayted” son olaraq “Bornmut”la 2:2 hesablı heç-heçə edib. Buna baxmayaraq, “qırmızı şeytanlar” ən azı turun sonuna qədər 3-cü yerdə qalacaqlar. Komanda Karrikin rəhbərliyi altında keçirdiyi 10 oyundan 8-də qalib gəlib, ikisində heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button