Sabiq futbolçu Vinisiusu müdafiə etdi

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real” (0:1) matçındakı qalmaqal barədə fikirlərini bölüşüb.

Vini­sius Junior ikinci hissədə qol vurub və künc bayrağı ilə rəqs edərək, sarı vərəqə alıb. Daha sonra o, “Benfika”nın oyunçusu Canluka Prestianni tərəfindən irqi təhqirlərə məruz qaldığını bildirib və matç bir neçə dəqiqə dayandırılıb.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo isə matçdan sonra Vini­siusun qolu “hörmətsiz tərzdə qeyd etdiyini” söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager, Vinisiusun irqi təhqirlərə dözməməli olduğunu deyib:

“Hər kəs qolu istədiyi kimi qeyd edə bilər, Vini­sius irqi təhqirlərə dözməməlidir. Mourinyo tərəfindən onun tənqid olunması bir qədər ikili standartdır. Xatırlayın, o, “Old Trafford”da rəqib komandaları daha çox təhrik edib. Vini­sius fantastik qol vurdu və onu istədiyi kimi qeyd etmək hüququ var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button