
Karrager “Arsenal”ın yüksəlişinin “sirr”ini açdı
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın oyununu yüksək qiymətləndirib.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Raysın mövqeyində edilən taktiki dəyişikliyin komandanın oyununa ciddi təsir göstərdiyini bildirib.
Karragerin sözlərinə görə, İngiltərə millisinin üzvü UEFA Çempionlar Liqasının yarımfinalında, “Atletiko” ilə hər iki oyunda (1:1, 1:0) ən yaxşı futbolçu olub və ikinci matçın ən yaxşısı seçilib. O, vurğulayıb ki, Raysın bir qədər geriyə çəkilərək oynadılması “Arsenal”ın həm Çempionlar Liqasında, həm də Premyer Liqada daha sabit çıxış etməsinə səbəb olub.
“Arsenal” son həftələrdə formaya qayıdıb və rahat oyun nümayiş etdirməyə başlayıb. Komanda artıq Çempionlar Liqasının finalına yüksəlib və mayın 30-da PSJ ilə qarşılaşacaq. Karragerin fikrincə, “Arsenal” indi həm ölkə çempionluğu, həm də Çempionlar Liqası titulu üçün real mübarizə aparır.
Bizi Facebook-da izləyin



