
Kapitan satılmayacaq!
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes yayda komandasını dəyişməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi yarımmüdafiəçiyə açıq şəkildə bildirib ki, o, heç bir halda bu yay satışa çıxarılmayacaq. Klub rəhbərliyi portuqaliyalı oyunçunu layihənin əsas fiquru hesab edir və komandanı onun ətrafında qurmağa hazırdır.
“Mançester Yunayted”də 31 yaşlı futbolçunun cari mövsümdəki çıxışından çox razıdırlar. Fernandes hazırda Premyer Liqada məhsuldar ötürmə rekorduna doğru irəliləyir – onun hesabında 30 oyunda 18 məhsuldar ötürmə var. Bundan əlavə, o, 8 qol da vurub.
Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və daha bir il avtomatik uzadılma şərtini də ehtiva edir.
Bizi Facebook-da izləyin



