
Kapello İtaliya millisində baş məşqçi dəyişikliyinin əleyhinə olub
Tanınmış mütəxəssis Fabio Kapello İtaliya millisinin dünya çempionatının pley-off finalında Bosniya və Herseqovina yığmasına uduzmasından sonra artıq istefa verən baş məşqçi Cennaro Qattuzonun komandada qalmasını istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məğlubiyyətin oyunçuların səhvi olduğunu deyib:
“Baş məşqçi ilə bağlı hansısa bir qərar verməzdən əvvəl növbəti iki oyunun nəticələrini gözləyərdim. Luçano Spallettinin gedişindən sonra onun seçmə mərhələdə baş məşqçi vəzifəsini icra etdiyini xatırlamaq lazımdır. İnanıram ki, Qattuzonun rəhbərliyi altında komanda diqqətini və xarakterini bərpa etmişdi. Baş verənlər çox kədərlidir, amma biz bir oyunçunun sadə səhvinin bədəlini ödədik”.
Alessandro Bastoni oyunda birbaşa qırmızı vərəqə aldıqdan sonra italyanlar 41-ci dəqiqədən etibarən 10 nəfərlə qalıb. Komanda 3-cü dəfə dünya çempionatını buraxacaq.
Bizi Facebook-da izləyin



