Kapello: “O, karyerasını İtaliyada davam etdirə bilər”

Rusiya milli komandasının sabiq çalışdırıcısı Fabio Kapello icarə əsasında “Torino”da çıxış edən “Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançuk haqda danışıb.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, “İtaliya A Seriyası Mirançuk üçün uyğundur” sualını belə cavablandırıb:

“Bəli, həm də çox. O, fərqli İtaliya komandalarında oynamaq üçün yüksək keyfiyyətlərə sahibdir. Zamanla gücləndi, özünə inamı artdı. Məncə, o, karyerasını İtaliyada davam etdirə bilər”.

Rusiyalı futbolçu zədə səbəbindən ölkə çempionatının 35-ci turunun “Verona” ilə matçında (1:0) iştirak edə bilməmişdi.

Mirançuk cari mövsümdə A Seriyasında 26 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button