
Kapello “Milan”a görə narahatdır
“Milan” noyabrdakı uğurlu çıxışından sonra dekabrda tempini itirib.
Komanda “Sassuolo” kimi güclü olmayan rəqiblərlə oyunlarda xallar itirib və İtaliya superkubokundan da erkən mərhələdə kənarlaşıb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın sabiq baş məşqçisi Fabio Kapello vəziyyətdən narahat olduğunu bildirib:
“Klub daxilində nəsə bir böhran baş verir, xallar itirilir və lazımsız qollar buraxılır. Bu, tamamilə Massimiliano Alleqriyə (“Milan”ın baş məşqçisi) bənzəmir. “Milan” dərhal müdafiədəki möhkəmliyini bərpa etməlidir”.
“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



