
Kapello İtaliya futbolunu tənqid etdi
İtaliyalı mütəxəssis Fabio Kapello İtaliya futbolunun sürətsizliyindən danışıb və bunun “İnter”in UEFA Çempionlar Liqasından kənar qalmasına səbəb olduğunu bildirib.
Milan klubu iki oyunun nəticəsinə görə Norveç “Budo Qlimt”inə 2:5 hesabı ilə uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapello, İtaliya komandalarının rəqiblərin sürətli və aqressiv oyununa uyğunlaşa bilmədiyini söyləyib:
“İtaliya futbolunda sürət çox aşağıdır. Bunun qarşısını almaq mümkün deyil. Rəqib qaçıb pressinq etdikdə komandalar yavaş oynayır. Sürətlənmək və intensivliyi artırmaq istəyirsən, amma keyfiyyət və vərdiş çatmır, səhvlər buradan yaranır. A Seriyasında aqressiv oynamağa öyrəşməmişik; belə oynadıqda dərhal dayandırılırsan. Buna görə, “İnter” təhlükəli vəziyyət yaratmaq istəyərkən çətinlik çəkdi”.
Kapellonun sözləri həm xəbərdarlıq, həm də İtaliya futbolunun taktiki modernizasiyaya (müasirliyə) ehtiyacı olduğuna işarədir.
Bizi Facebook-da izləyin



