Kantona: “Fransa futbolunun tarixi yoxdur!”

Keçmiş futbolçu Erik Kantona Fransada futbolun səviyyəsi haqda fikirlərini bildirib.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, o, Fransa futbolunun tarixinin olmadığını deyib:

“Fransa futbolunun tarixi yoxdur! Dünyada yeganə ölkədir ki, bir şəhərin iki komandası yoxdur. Futbolu sevənlər, əsl azarkeşlər var, amma bir şəhəri iki komanda təmsil etmir.

Ola bilsin ki, mən qoca axmağam, amma futbolu üstün tuturam. PSJ-yə transfer olunmaqdansa, Sent-Ouendəki “Red Star”a getməyi üstün tutaram”.

Kantona 1997-ci ildə futbolçu karyerasını bitirib. O, karyerası ərzində “Oser”, “Marsel”, “Bordo”, “Monpelye” (hamısı Fransa), “Lids” və “Mançester Yunayted” (hər ikisi İngiltərə) kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button