“Kante məşqçi olaraq karyeramda sahib olduğum ən yaxşı futbolçulardan biridir”

“İnter”in baş məşqçisi Antonio Konte “Çelsi”nin futbolçusu Nqolo Kante ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, Kantenin müsbət keyfiyyətləri haqda danışıb:

“Kante orta sahədə hər mövqedə oynaya bilər. O, möhtəşəm bir futbolçudur. Biz ən yaxşı futbolçulardan biri haqqında danışırıq. Topla və topsuz oyunlarda inanılmazdır. Nqolo komandanızda varsa, daha bir futbolçu ilə oynadığınızı düşünə bilərsiz. O, pozitiv bir insandır. Kante məşqçi olaraq karyeramda sahib olduğum ən yaxşı futbolçulardan biridir”.

Kante 2016-2018-ci illərdə “Çelsi”də Kontenin rəhbərliyi altında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button