“Hər şey planladığımız kimi oldu” – “Kadis”in baş məşqçisi

“Kadis”in baş məşqçisi Serxio Qonsales İspaniya La Liqasının 32-ci turunda “Barselona”ya qarşı keçirdikləri  (1:0) oyun haqqında danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi, “Kamp Nou”da qalib gəlməyin asan olmadığını söyləyib:

“Düşünürəm ki, biz tam razı qaldığımız ssenari ilə çox möhkəm oyun nümayiş etdirdik. Planımız rəqibdən fərqli idi. Hər şey planladığımız kimi oldu. “Kamp Nou”da qalib gəlmək asan deyil. Bu oyuna böyük həvəslə, böyük enerji ilə, rəqibdən xal almaq arzusu ilə hazırlaşdıq. Hər şey mükəmməl getdi. Bu qələbə bizi gücləndirməlidir”.

Bu oyundan sonra “Barselona” 60 xalla turnir cədvəlində 2-ci, “Kadis” isə 31 xalla 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button