Kamavinqa yenidən azarkeşlərdən üzr istədi

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa “Alaves”lə oyundan sonra azarkeşlərdən üzr istəyib. Təbii ki, bu, yarımmüdafiəçinin Münhendə meydandan qovulması ilə bağlı xoşagəlməz hadisədən irəli gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu çərşənbə axşamı keçirilən oyundan sonra üzr istəmək üçün tribunaya gedib.

Kamavinqa “Real”ın “Bayern”lə matçında meydandan qovulub və nəticədə Madrid klubu iki qol buraxaraq məğlub olub, UEFA Çempionlar Liqasından kənarlaşdırılıb. O, daha əvvəl də sosial mediada komandadan və azarkeşlərdən üzr istəyib.

“Real” “Santyaqo Bernabeu”da “Alaves”i 2:1 hesabıyla məğlub edib. Qolları Kilian Mbappe və Vinisius Junior vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button