“Real”ın futbolçusu medianı günahlandırdı

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komanda daxilində gərginlik olduğunu deyənlərə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin əvvəlkindən daha yaxşı olduğunu söyləyib:

“Paltardəyişmə otağında problemlər varmı? Bu, mediadan gəlir. Soyunma otağımızın əvvəlkindən daha yaxşı olduğunu görürəm. Qələbələr və baş məşqçimiz üçün hər şeyi edəcəyik”.

Son zamanlar mətbuatda Madrid klubunun baş məşqçisi Xabi Alonso ilə komandanın bir neçə oyunçusu arasında mümkün münaqişə barədə tez-tez məlumatlar yayılır.

“Real” çərşənbə günü Çempionlar Liqasında “Olimpiakos”u məğlub edib (4:3). Komanda bazar günü La Liqada “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button