
Kamavinqa “Real”dan ayrıla bilər
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa bu mövsüm bitdikdən sonra klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçuyla İngiltərə klublarının maraqlandığı bildirilir.
Kamavinqa bu mövsüm La Liqada 19 oyun keçirib və 1 qol vurub. 23 yaşlı yarımmüdafiəçinin Madrid klubuyla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



