“Real”ın futbolçusu üzr istədi

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasının 1/4 finalının “Bayern”ə qarşı cavab oyununda meydandan qovulduğuna görə üzr istəyib. Fransalı futbolçu matçın 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məsuliyyəti öz üzərinə götürüb:

“Etdiyim əmələ görə məsuliyyəti öz üzərimə götürürəm. Komandadan və bütün madridlilərdən üzr istəyirəm. Dəstəyinizə görə təşəkkür edirəm”.

Komandalar arasında qarşılaşma Madrid klubunun ümumi 4:6 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button