Kamal Umudlu Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Kamal Umudlu təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Oyun iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button