Zədədən qayıdan futbolçu “Mançester Yunayted”ə qarşı oynaya bilər

“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori “Mançester Yunayted”lə oyundan əvvəl komanda ilə birlikdə otelə gedib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu son zədədən sonra tam məşqlərə başlayıb. O, komandaya qoşulsa da, oyunda iştirakı ilə bağlı yekun qərar hələ verilməyib. Qərar matçın başlamasına yaxın veriləcək.

Kalafiori bu mövsüm bütün yarışlarda 20 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Arsenal” və “Mançester Yunayted” arasında oyun bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button