
“Kəpəz”lə Azər Bağırov anlaşa bilmədi – Yollar ayrılır
Baş məşqçi Azər Bağırov “Kəpəz” klubu ilə yollarını ayırır.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Bağırovla anlaşa bilməyib. Onun “Kəpəz”lə müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.
Bağırov “Kəpəz”in “sükanı arxasına” mövsümün əvvəlində keçmişdi. Komanda onun rəhbərliyi altında Premyer Liqada 32 turdan sona 27 xalla 10-cu pillədə qərarlaşıb. Bu isə “Kəpəz”ə Premyer Liqada yerini qorumağa imkan verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



