“Kəpəz”in idarə heyətinin iclası keçirildi

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar.

Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. Tərlan Əhmədov komandanın yeni baş məşqçisi təyin edilib.

İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, iclasda Gəncə futbolunun kuratoru İsgəndər Cavadov da iştirak edib.

Daha sonra klubun idarə heyətinin üzvləri və Gəncə futbolunun kuratoru İsgəndər Cavadov əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla görüşüblər.

Təcrübəli mütəxəssisə inam ifadə olunub, uğurlar arzulanıb, klub rəhbərliyinin daim məşqçinin yanında olduğu qeyd edilib. Etimada görə təşəkkür edən Tərlan Əhmədov klub rəhbərliyinin, azarkeşlərin və yerli futbol veteranlarının dəstəyi ilə komandanı çətin vəziyyətdən çıxara biləcəklərini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button