“Kəpəz”in futbolçusu 50-yə çatdı

“Kəpəz”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda 50 qola çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir. Bu, Yunanovun “Kəpəz”də ilk qoludur. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Amil Yunanovun Premyer Liqada ilk qolu 2011/2012 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici qola imza atıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button