“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi bilindi

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz”in əvəzedici komandasını bundan sonra Zaur Əsədov çalışdıracaq.

Əsədov məşqçi kimi “Ağsu”nun “sükanı arxasında” olub, daha sonra “Kəpəz”in uşaq komandalarında çalışıb.

O, futbolçu kimi “Kəpəz”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button