“Kəpəz” yeni futbolçu transfer edib

“Kəpəz” heyətinə yeni oyunçu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Səbail”in futbolçusu Amil Yunanovu icarəyə götürüb. 30 yaşlı hücumçu mövsümün sonuna qədər “Kəpəz”də çıxış edəcək.

Amil Yunanov bu mövsüm “Səbail”də ümumilikdə 14 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button